İDMAN

İran yarışa başıaçıq qatılan qadın şahmatçıdan imtina edib

Şahmat Federasiyasının rəhbəri Həsən Tamini Sara Hadəmdən belə bir addımı gözləmədiklərini açıqlayıb.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. İran Qazaxıstanda keçirilən şahmat üzrə dünya çempionatında hicabsız çıxış edən idmançı Sara Hadəmdən imtina edib.
İslam Respublikasının Şahmat Federasiyasının rəhbəri Həsən Tamini idmançının yarışda İranı təmsil etmədiyini bəyan edib.
“Hadəm turnirə İran Şahmat Federasiyasının xətti ilə yox, özü öz hesabına yollanıb. O, ölkəmizi təmsil etmir. Amma bu idmançıdan belə bir addım gözləmirdik. Daha əvvəl turnirlərdə o, bütün qaydalara uyğun iştirak edib”, - deyə idman məmuru qeyd edib.
Hadəmlə yanaşı digər bir şahmatçı Atusa Purkaşian da çempionatda hicabını çıxarıb.
İranda hicab qadınların istifadəsi məcburi olan baş örtüyüdür. Son zamanlar ölkədə hicabın düzgün taxılmaması səbəbi ilə cəzalandırılan Məhsa Amininin həlak olması genişmiqyaslı etirazlara səbəb olub.
Bu yay İranda hicab haqqında sərt qanunlar qəbul edilib, əxlaq polisi isə onları pozan qadınları saxlamağa başlayıb.