AZƏRBAYCAN XƏBƏRLƏRİ

Naxçıvanda elektron hökumətə keçidin ilk addımları atılıb

Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin "GOV.AZ" zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə XRİTDX-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin "GOV.AZ" domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.
Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra "GOV.AZ" domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.
Xatırladaq ki, bir müddət öncə, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sahə üzrə mütəxəssisləri üçün təlimlər keçirilib və nazirliyin kibergigiyena layihəsinə qoşulması razılaşdırılıb. Səfər zamanı “AzstateNet” internet, voice və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə yerində qiymətləndirilib.
Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə görüşlər keçirilib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Vasif Talıbovun qardaşı da vəzifədən azad edildi