RUSİYA

Lavrov: Rusiya Zelenskinin şərtləri ilə Kiyevlə dialoqa getməyəcək

Rusiya XİN başçısı deyib ki, Moskva münaqişənin diplomatik yolla həlli ideyasından imtina etməyib.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Kiyev dialoqa hazır deyil. Rusiya Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi "sülh formulu" əsasında heç kimlə danışmaq niyyətində deyil.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, Zelenski Qərbin köməyi ilə Rusiya qoşunlarının Donbass, Krım, Zaporojye və Xerson vilayəti ərazisindən çıxarılması, Rusiya tərəfindən təzminatların ödənilməsi və beynəlxalq tribunallara nail olmaq barədə illüziyalara malikdir.
"Təbii ki, biz belə şərtlər altında heç kimlə danışmayacağıq", - deyən Lavrov, həmçinin, əlavə edib ki, Moskva münaqişənin diplomatik yolla həlli ideyasından imtina etməyib.
Xatırladaq ki, daha əvvəl Ukrayna hakimiyyəti fevralın sonunadək BMT platformasında Antonio Quterreşin mümkün vasitəçi kimi iştirakı ilə "sülh sammiti" keçirməyi təklif etmişdi.
Kremlin sözçüsü Dmitri Peskov bu təklifi şərh edərkən Rusiya tərəfinin heç vaxt başqasının şərtlərinə əməl etmədiyini vurğulayıb.