Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Rusiya Zelenskinin şərtləri ilə Kiyevlə dialoqa getməyəcək

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Rusiya XİN başçısı deyib ki, Moskva münaqişənin diplomatik yolla həlli ideyasından imtina etməyib.
BAKI, 29 dekabr — Sputnik. Kiyev dialoqa hazır deyil. Rusiya Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi "sülh formulu" əsasında heç kimlə danışmaq niyyətində deyil.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, Zelenski Qərbin köməyi ilə Rusiya qoşunlarının Donbass, Krım, Zaporojye və Xerson vilayəti ərazisindən çıxarılması, Rusiya tərəfindən təzminatların ödənilməsi və beynəlxalq tribunallara nail olmaq barədə illüziyalara malikdir.
"Təbii ki, biz belə şərtlər altında heç kimlə danışmayacağıq", - deyən Lavrov, həmçinin, əlavə edib ki, Moskva münaqişənin diplomatik yolla həlli ideyasından imtina etməyib.
Xatırladaq ki, daha əvvəl Ukrayna hakimiyyəti fevralın sonunadək BMT platformasında Antonio Quterreşin mümkün vasitəçi kimi iştirakı ilə "sülh sammiti" keçirməyi təklif etmişdi.
Kremlin sözçüsü Dmitri Peskov bu təklifi şərh edərkən Rusiya tərəfinin heç vaxt başqasının şərtlərinə əməl etmədiyini vurğulayıb.
Xəbər lenti
0