RUSİYA

Bu il bütün dünya birliyi üçün çətin oldu - Tokayev

Qazaxıstan prezidenti qeyd edib ki, MDB ölkələrinin birgə səyləri oktyabrda Astana sammitinin yekunları üzrə sənədlərdə öz əksini tapıb.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Geridə qoymağa hazırlaşdığmız il bütün dünya birliyi üçün çətin il olub, lakin MDB ölkələri Birliyin potensialını gücləndirmək üçün tədbirlər görməkdə davam ediblər. Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində deyib.
"Bu il bütün dünya birliyi üçün çətin oldu və belə bir şəraitdə Qazaxıstan MDB-də sədrliyi çərçivəsində Birliyin potensialını gücləndirmək üçün bir sıra konkret tədbirlər həyata keçirdi" - Tokayev bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, il ərzində 80-dən çox böyük tədbir keçirilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi, sıx humanitar əlaqələrin qorunub saxlanılması, təşkilatın nüfuzunun gücləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslər həyata keçirilib.
"Bizim birgə səylərimiz oktyabrda Astana sammitinin yekunları üzrə sənədlərdə öz əksini tapıb", - o əlavə edib.
RUSİYA
MDB-də fikir ayrılıqları olsa da, əməkdaşlığa hazırıq - Putin