Cari il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalacaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ilin iqtisadi yekunları barədə danışarkən bildirib.
Nazir qeyd edib ki, yanvar-noyabr aylarında Azərbaycanda kapital qoyuluşları 13,054 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% çoxdur. Hesabat dövründə 10,384 milyard manat məbləğində (ötən illə müqayisədə 3,4% çox) kənd təsərrüfatı məhsulları istehsal edilib. Yük daşımalarının həcmi 197,3 milyon ton (+12,9%), sərnişin daşımaları isə 1,466 milyard nəfər (+35,5%) təşkil edib. İnformasiya və rabitə sahəsində 2,434 milyard manat dəyərində xidmətlər göstərilib.
2022-ci ilin iqtisadiyyatın inkişafı baxımından daha nələrlə yadda qalacağı barədə dekabrın 27-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Odlar Yurdu" Universitetinin kafedra müdiri Elşad Məmmədov, eləcə də tanınmış beynəlxalq iqtisadçı Aslan Əzimzadə danışacaqlar.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.