DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

Virusun yayıldığı gündən indiyədək 6 milyon 678 min 316 nəfər yoluxmanın nəticələrindən dünyasını dəyişib.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Dünyada koronavirusa yoluxma hallarının sayı 656 milyon 973 min 775 nəfərə çatıb. Bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Virusun yayıldığı gündən indiyədək 6 milyon 678 min 316 nəfər yoluxmanın nəticələrindən dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Almaniya və Braziliya var.
Qeyd edək ki, dekabrın 25-nə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 965 nəfər koronavirus infeksiyasına yoluxub, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 564 nəfərdir.