Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Rusiya XİN rəsmisi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası barədə

Sergey Lavrovun müavini Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasından danışıb.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə irəliləyişə nail olacağına ümid edir.
APA xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin RİA “Novosti”yə müsahibəsində bildirib.
“Biz o mövqedən çıxış edirik ki, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün yol xəritəsini formalaşdıran 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixlərində imzalanmış bütün üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi sülh müqaviləsi üzrə aparılan işlərdə irəliləyişin əldə olunmasına kömək edəcək”, - Qaluzin bildirib.
Lavrovun müavini Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində tədricən irəliləyişə ümid etdiklərini əlavə edib: “Biz xüsusilə regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması, sərhədlərin delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyirik”.
RUSİYA
Bu ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır - Lavrov