BAKI, 23 dekabr - Sputnik. Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinə yekun vurulub.
"Report"un məlumatına görə, sonuncu yarış günündə blits növündə 9 tur keçirilib.
Rapid və blits yarışlarının yekununa əsasən, 25,5 xal toplayan özbəkistanlı Nodirbek Abdusattorov qalib olub. Rauf Məmmədov və Şəhriyar Məmmədyarov hərəyə 20,5 xalla 2-3-cü yerləri tutublar.
Abdulla Qədimbəyli (12 xal) 9-cu, Aydın Süleymanlı isə (11 xal) sonuncu - 10-cu olublar