İDMAN

"Real Madrid" Mbappeni transfer etmək üçün nə qədər xərcləyəcək?

Madrid təmsilçisinin qarşıdakı günlərdə yenidən Paris klubuna təklif göndərəcəyi iddia olunub.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. İspaniya "Real Madrid"i Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu vəsaitin 486 milyon avrosu 24 yaşlı forvardın təzminatı, 630 milyon avrosu isə müqavilə şərtlərini yerinə yetirmək üçün nəzərdə tutulub.
Madrid təmsilçisinin qarşıdakı günlərdə yenidən Paris klubuna təklif göndərəcəyi iddia olunub.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 20 oyuna çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb (report).