RUSİYA

Peskov: "Putin və Baydenin görüşü ilə bağlı ilkin təmaslar yoxdur"

Söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaqla xüsusi hərbi əməliyyatın tez bir zamanda başa çatdırılmasından gedir.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Rusiya və ABŞ prezidentləri arasında görüş ehtimalı ilə bağlı heç bir əlaqə qurulmayıb. Bu barədə cümə günü jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu məsələ ilə bağlı ilkin təmaslar yoxdur", - Peskov vurğulayıb.
"Təbii ki, istənilən münaqişə danışıqlar masası arxasında başa çatır və bu, dəfələrlə deyilib. Təbii ki, söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaqla xüsusi hərbi əməliyyatın tez bir zamanda başa çatdırılmasından gedir", - Peskov qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.