RUSİYA

Bakı və İrəvan dialoq üçün həll yolları axtarmalıdır, bu iş sürətləndirilməlidir - Lavrov

O, Ermənistan tərəfinin Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyini bildirib.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Ermənistan və Azərbaycan dialoq üçün imkanlar və sülh sazişinin əldə edilməsi yollarını axtarmalıdırlar, Rusiya bu işi sürətləndirməyə ümid edir. Bunu cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Dörd üçtərəfli bəyanat təsdiq olundu. Onların üzərində iş gedir, amma təbii ki, mən bunun sürətləndirilməsini istərdim. Hansı məsələlər ortaya çıxırsa çıxsın, mən əminəm ki, müntəzəm görüşmək, razılaşmaq, etimadı möhkəmləndirmək və bütün problemlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır", - Lavrov qeyd edib.
O, Ermənistan tərəfinin Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyini bildirib. "Biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü öz ərazimizdə keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, lakin təəssüf ki, son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina edib, bunu mövcud vəziyyətlə əlaqələndiriblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi", -deyə Rusiya XİN rəhbəri bildirib.
SİYASƏT
Ceyhun Bayramov: Münasibətlərimizin 30 illik yubiley ilinə yekun vura biləcəyik