RUSİYA

Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı axmaqlıqdır - Medvedev

Medvedev qiymətlərin yuxarı həddi ilə bağlı qərarın qəbul edilməsinin ikinci səbəbini "Aİ-nin vəziyyətə təsir etməkdə acizliyi ilə əlaqələndirib.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Avropa İttifaqı tərəfindən qazın qiymətinə yuxarı hədd tətbiq edilməsi "Rusiyaya zooloji nifrət"lə diktə edilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında məlumat verib.
Medvedev deyib ki, Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı iki səbəbdən "axmaqdır".
"Birincisi, neft məsələsində olduğu kimi, bunu iqtisadi məntiq deyil, hər şeydə rusiyalılar günahkardır maniakal tezisinə əsaslanan Rusiyaya zooloji nifrət diktə edir. Yəni bu, qeyri-bazar tədbiridir", - o yazıb və vurğulayıb ki, bu qərar çoxlu qeyd-şərtlərlə qəbul edilib, onun tətbiqini əngəlləməyə imkan verib. O, bununla bağlı bu mexanizmin işləməyəcəyinə əminliyini ifadə edib.
Medvedev qiymətlərin yuxarı həddi ilə bağlı qərarın qəbul edilməsini Aİ-nin vəziyyətə təsir etməkdə acizliyi ilə əlaqələndirib.
O hesab edir ki, bu səbəbdən qazın qiyməti həddi bir neçə il əvvəl qaz bazarının tamamilə bütün iştirakçıları üçün təəccüblü görünə biləcəyi səviyyədə müəyyən edilib. Onun sözlərinə görə, TTF fyuçers birjasında ticarət iştirakçılarından heç biri "ən xoş və ya ən pis yuxusunda belə, kVt/saat üçün €180 qiyməti təsəvvür edə bilməz".
O, həmçinin Avropada qaz istehlakçıları üçün qiymətlərin çox yüksək həddə qalacağına əminliyini ifadə edib.
"Nəticə: axmaq rusofobiya və onunla birlikdə adi avropalıların yoxsullaşması artır. Milad bayramınız mübarək", - deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.
Dekabrın 22-də Avropa İttifaqı qaz qiymətləri üçün dinamik həddini meqavat-saat üçün 180 avro (1 min kubmetr üçün təxminən 1,85 min avro) səviyyəsində təsdiqləyib. Tədbir 2023-cü il fevralın 15-dən qüvvəyə minəcək.