CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Cabbarov yeni qərar imzaladı

Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinin Kollegiyası "Lotereyaların təşkili və keçirilməsi Qaydası", "Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası" "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası"nı təsdiq edib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədilə "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
2004-cü ildə respublikamızda "Lotereyalar haqqında" qanun qəbul edilib. 2019-cu ildə isə "Lotereyaların təşkili və keçirilməsi Qaydası" və "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası" təsdiq edilib.
Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncamına əsasən, "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinə idarəetməyə verilib.