BAKI, 20 dekabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni üzvlərin qəbulu məsələsi müzakirə olunmur.
Bunu KTMT-nin baş katibi Stanislav Zas "RİA Novosti"yə bildirib.
O qeyd edib ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyinin gücləndirilməsinə və ümumi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməlidir.
"Kəmiyyət üçün deyil, keyfiyyət üçün işləmək lazımdır", - deyə Zas vurğulayıb.
Qeyd edək ki, KTMT-yə altı dövlət - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan daxildir.