BAKI, 20 dekabr — Sputnik. Baş Prokurorluğun Mətbuat Xidmətinə rəhbər təyin edilib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Hacıyev Saleh Ruslan oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Saleh Hacıyev buna qədər Baş Prokuror Kamran Əliyevin xüsusi məsələlər üzrə köməkçisi olub.
Xatırladaq ki, bir müddət əvvəl Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.