İDMAN

Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Fəridə Lütfəliyeva 2023-cü ildən ölkəni beynəlxalq səviyyədə təmsil edəcək. Kişi referilərdən Əliyar Ağayev və Elçin Məsiyev isə həm də FIFA dərəcəli VAR hakimləri kimi təsdiqlənib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub. AFFA-nın rəsmi saytındakı məlumata görə, Fəridə Lütfəliyeva 2023-cü ildən ölkəni beynəlxalq səviyyədə təmsil edəcək.
Kişi referilərdən Əliyar Ağayev və Elçin Məsiyev isə həm də FIFA dərəcəli VAR hakimləri kimi təsdiqlənib.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin siyahısında ümumilikdə 17 ədalət təmsilçisi yer alıb.
Fəridə Lütfəliyeva 2012-ci ildən hakimlik fəaliyyətinə başlayıb. O, qadınlar arasında Azərbaycan çempionatının oyunlarında referi kimi fəaliyyət göstərir. 2014-cü ildən isə FİFA referisidir.