DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir

Paşinyan bildirib ki, iclasda geniş spektrli məsələlər, o cümlədən regiondakı hərbi-siyasi vəziyyət müzakirə ediləcək.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. Təhlükəsizlik Şurasının daimi üzvlərindən başqa, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, maliyyə naziri Tiqran Xaçatryan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, Parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Konjoryan, müdafiə nazirinin müavini Karen Brutyan da qatılıb.
"Təhlükəsizlik Şurasının növbəti iclasında biz geniş spektrli məsələləri, o cümlədən regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edəcəyik", - Paşinyan bildirib.
Paşinyan Təhlükəsizlik Şurasının sonuncu iclasını dekabrın 13-də Azərbaycan tərəfinin Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın yolunu bağlamasının ertəsi günü keçirib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.