İQTİSADİYYAT

Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək

Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihi qəbul edib.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Sabah Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşdə deyib.
Dövlət başçısı bundan əvvəl Xalid bin Əbdüləziz Əl-Falihlə görüşünü məmnunluqla xatırlayaraq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçəcəyinə əminliyini bildirib.
İki ölkə arasında əməkdaşlığın gündəliyinin daha da genişləndiyini deyən İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd edib.