BAKI, 18 dekabr - Sputnik. ABŞ-ın İnflyasiyanın azaldılması barədə qanununa (IRA) Aİ-nin reaksiyası müttəfiqlər arasında “ticarət müharibəsi” təhlükəsi yaradıb. Bu barədə “Die Welt” nəşri xəbər verir.
Nəşrin müəllifləri Brüsselin cavab tədbirlərini “partlayıcı qarışıq” adlandırıblar. Məqalədə qeyd edildiyi kimi, “sərt xətt”in tərəfdarları - ilk növbədə, Fransa qalib gələrsə, subsidiyalar üçün transatlantik yarış təhlükəsi və Avropa proteksionizminin artması təhlükəsi yaranacaq.
“Bu da öz növbəsində Avropa Birliyinin Vaşinqtonla ticarət müharibəsinə çəkilməsinə səbəb ola bilər”, - deyə Almaniya nəşri yazır.
Bundan əvvəl Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Aleksey Puşkov da Avropa iqtisadiyyatının çökməsinin ABŞ-ın xeyrinə olduğuna işarə etmişdi.