RUSİYA

Moskvanın hava limanlarında 40-dan çox reys təxirə salınıb

Moskvada qarın hündürlüyü 22 santimetrə çatıb. Sinoptiklər bunun daha 10 santimetr artacağını proqnozlaşdırırlar.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv olunub.
Güclü qar yağması səbəbindən Vnukovo hava limanında 8 reys gecikir, 10 reys ləğv olunub, Domodedovo hava limanında 12 reys gecikir, 1 reys ləğv olunub. Şeremetyevo hava limanında isə 6 reys gecikir, 6 reys ləğv olunub.
Qeyd edək ki, dünən gecə saatlarından Rusiya paytaxtına fasiləsiz olaraq qar yağır. Moskvada qarın hündürlüyü 22 santimetrə çatıb. Sinoptiklər bunun daha 10 santimetr artacağını proqnozlaşdırırlar.