SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "yaşıl enerji" üzrə Saziş imzalayıb

Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
Sputnik
BAKI, 17 dekabr-Sputnik. Dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
Prezident bildirib ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir. Biz bu gün Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsünü qurmaqdayıq.
"Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir", - deyən dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb.
SİYASƏT
İlham Əliyev: Gələn il Azərbaycandan təbii qazın ixracı 24 milyard kubmetr olacaq