İDMAN

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Bu, Azərbaycanda keçiriləcək yarış ikinci Dünya Kuboku olacaq.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə Bakıda keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.
İyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək.
Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə mötəbər turnirə ev sahibliyi edib.