BAKI, 14 dekabr — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü hələ razılaşdırılmayıb. Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub. Burada ən azı üç nəfərin danışmaq imkanı olacaq”, – deyə Peskov bildirib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli sammit keçirilib. Danışıqların yekunu üzrə birgə bəyanat qəbul edilib.