BAKI, 14 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər Rusiyanın yeni regionlarının rəhbərləri ilə görüşəcək. Bu barədə danışarkən dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, tarix artıq məlumdur, lakin daha sonra açıqlanacaq.
"Bu planlaşdırılıb", - deyə Kremlin sözçüsü Rusiya prezidentinin ilin sonunadək ölkənin yeni regionlarının rəhbərləri ilə görüş keçirmək planlarını şərh edərkən bildirib.
Sözügedən görüşün tarixinin artıq məlum olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov müsbət cavab verib və Kremlin "bu barədə vaxtında məlumat verəcəyini" vurğulayıb.
Həmçinin Peskov prezidentin Federal Məclisə müraciətinin mümkün vaxtı ilə bağlı bəyanatları "qəhvə ilə fala baxmaq" adlandırıb. Qeyd edib ki, dövlət başçısı bəyanatı yazılı şəkildə də göndərə bilər.