İDMAN

Azərbaycan Avropa Liqasından kənar qalıb

Ümumilikdə 22 ölkənin təmsilçiləri Qızıl və Gümüş Avropa Liqasında qüvvəsini sınayacaq. Azərbaycan milliləri yarış iştirakçıları arasında yer almayıb.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Voleybol üzrə Azərbaycan milli komandaları Avropa Liqasında iştirak etməyəcək.
Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınların yarışında mübarizə aparacaq komandaların siyahısını açıqlayıb.
Ümumilikdə 22 ölkənin təmsilçiləri Qızıl və Gümüş Avropa Liqasında qüvvəsini sınayacaq. Azərbaycan milliləri yarış iştirakçıları arasında yer almayıb.
Qeyd edək ki, 2022-ci ildə qadın millimiz Qızıl Avropa Liqasında, kişilər isə Gümüş Avropa Liqasında mübarizə aparmalı idi. Lakin hər iki komandamız yarışa qatılmaqdan imtina edib (apa).