SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Parlamentinin ona yaxın ofisi bağlanıb

Futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı korrupsiya hallarına yol verilməsi ilə əlaqədar 10 ofis bağlanıb.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Avropa Parlamentinin Fransanın Strasburq şəhərində yerləşən 10-a yaxın ofisi bağlanıb.
Bu barədə ABŞ-ın "Politico" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Parlamentinin italiyalı deputatı Petro Bartolonun köməkçisinin ofisi möhürlənərək bağlanıb.
Prokurorluğun məlumatına görə, mətbuatın "Qətər-geyt" adlandırdığı işdə futbol üzrə dünya çempionatına hazırlıq ərəfəsində Avropa Parlamentinin qərarlarına təsir edə bilən deputatlar külli miqdarda pul və ya bahalı hədiyyələr almaqda şübhəli bilinir.
Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas böhran başlayandan sonra ilk ictimai çıxışında korrupsiya qalmaqalı ilə hər hansı əlaqəsini təkzib edib.
Dekabrın 12-də Avropa Parlamentinin sədri Roberta Metsola dünya çempionatı ilə bağlı sabiq sədr müavini Yeva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya qalmaqalından sonra parlament üzvlərinin digər ölkələrlə və xarici vətəndaşlarla əlaqəsinə nəzarəti gücləndirmək üçün daxili təhqiqatın və islahatların başlayacağını deyib.