RUSİYA

Rusiyanın 11 hava limanına uçuşların məhdudlaşdırılması dekabrın 21-dək uzadılıb

Ölkənin cənubunda uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən qüvvədədir.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimi dekabrın 21-dək uzadılıb.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi xəbər verir.
"Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşlara məhdudiyyətlər rejimi 2022-ci il dekabrın 21-dək uzadılıb", - deyə məlumatda qeyd olunur.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənubunda uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən qüvvədədir.