BAKI, 13 dekabr — Sputnik. RF Prezidenti Vladimir Putin ölkənin Nazirlər Kabinetinə Rusiya tarixinin və folklorunun qəhrəmanlarının populyarlaşdırılması, o cümlədən onların şəkillərinin suvenirlərdə istifadə edilməsi üçün tədbirlər görməyi tapşırıb. Bu barədə Kremlin saytı xəbər verir.
Sərəncamda deyilir:
"Rusiya Federasiyası Hökuməti ənənəvi dəyərlərə cavab verən Rusiya tarixi və folklor qəhrəmanlarının populyarlaşdırılmasına yönəlmiş tədbirlər görməli, o cümlədən təsviri sənət, çap, suvenir və digər təkrar istehsal edilən məhsulların və istehlak mallarının istehsalında bu qəhrəmanların təsvirlərindən istifadə etməlidir".
Sərəncamın icrasına məsul şəxs baş nazir Mixail Mişustin təyin edilib. İcranın son tarixi - 15 may 2023-cü ildir.