İDMAN

"Qarabağ" dünya reytinqində gerilədi

İlk "3-lük"də 305 xalla "Flamenqo" (Braziliya), 297 xalla "Liverpul" (İngiltərə) və 294 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 137 xal olan "köhlən atlar" 2 pillə geriləyərək 85-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçika "Gent"i 140 xalla 84-cü sıradadır.
İlk "3-lük"də 305 xalla "Flamenqo" (Braziliya), 297 xalla "Liverpul" (İngiltərə) və 294 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.