BAKI, 11 dekabr - Sputnik. Hazırda dünyada mövcud olan münaqişələr və gərginliklər çoxtərəfli əməkdaşlığa çevrilməlidir. Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"Münaqişələrlə və gərginliklərlə parçalanmış dünyada çoxtərəfli əməkdaşlığın əsasını təşkil edən prinsiplər böyük gərginlik altındadır. Biz hazırkı böhran anını çoxtərəflilik məqamına çevirməliyik", - o, konfrans iştirakçılarına müraciətində deyib.
Bazar günü Aşqabadda Türkmənistanın neytral statusunun 27-ci ildönümü ərəfəsində “Dialoq sülhün qarantıdır” adlı beynəlxalq konfrans keçirilir. Türkmənistanın neytrallıq günü hər il dekabrın 12-də qeyd olunur, ölkədə həmin gün istirahət günüdür.