BAKI, 9 dekabr - Sputnik. Xəzər dənizinin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkar olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində monitorinqlər davam etdirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, keçirilən monitorinqlər zamanı dekabrın 9-da təmsil etdiyi qurumun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə, 4 suiti cəsədi aşkar olunub.
Xidmət rəisinin sözlərinə görə, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Bundan əvvəl şimal istiqamətdə Xaçmaz rayonunda 17 ölü suiti aşkarlanmışdı.
Minlərlə suiti cəsədi isə son günlərdə Dağıstanda üzə çıxıb.
Minlərlə suiti cəsədi isə son günlərdə Dağıstanda üzə çıxıb.