DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb - Video

Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbiri 150-yə yaxın xarici və 80-ə yaxın yerli media işçisi işıqlandırır.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclası başlayıb.
Bu barədə “RİA Novosti”nin müxbiri xəbər verir.
İclasa Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik edir. Tədbirdə Rusiya lideri Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edirlər.
Müşahidəçi ölkələrdən Özbəkistan Nazirlər Kabinetinin rəhbəri Abdulla Aripov iştirak edir. Kuba Prezidenti Migel Dias-Kanel videobağlantı ilə iclas iştirakçılarına müraciət edəcək.
Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbiri 150-yə yaxın xarici və 80-ə yaxın yerli media işçisi işıqlandırır.
Daha əvvəl bildirilmişdi ki, iclasda Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə baxılacaq, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi, mal və xidmətlərin vahid bazar fəaliyyətinin təkmilləşdirilməsi üçün əsas istiqamətlər müəyyən ediləcək.
Prezidentlər həmçinin Aİİ-nin daxili bazarında maneələrin aradan qaldırılması, Birlik məkanında ümumi qaz bazarının formalaşdırılması və BƏƏ ilə azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlanılması məsələlərini də müzakirə edəcəklər.