DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts bir il kanslerlikdən sonra ikinci müddətə namizəd olacağını bildirib

Şolts qeyd edib ki, uzunmüddətli perspektivdə müstəqil olmaq üçün Almaniya lazımi qərarlar qəbul edir.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Almaniya Kansleri Olaf Şolts kansler kimi birinci ilini başa çatması fonunda 2025-ci ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bu barədə Rusiya mediası xəbər verib.
"Əlbəttə mən namizədliyimi irəli sürəcəyəm", - deyən Şolts “Funke” media qrupuna verdiyi müsahibədə hökumət koalisiyasının "yenidən mandat almasını" istədiyini söyləyib.
Qarşıdakı ilə nə qədər inamla baxdığı sualına cavab verən Şolts bildirib ki, Avropa üçün Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələrinə baxmayaraq, Almaniya bu dövrü keçəcək qədər güclüdür.
Almaniya Kanslerinin sözlərinə görə, “artıq Rusiyanın enerji tədarükünə ümid etməyə dəyməz”.
"İndi biz uzunmüddətli perspektivdə müstəqil olmaq üçün lazımi qərarlar qəbul edirik", - deyə Şolts qeyd edib.
O bildirib ki, ölkə hakimiyyəti enerji daşıyıcılarının qiymətlərini cilovlamaq üçün 200 milyard avro ayırıb və qazın qiymətinin gələcəkdə normallaşması gözlənilir, çünki “idxal üçün yeni imkanlar yaranacaq”.
"Biz yəqin ki, müharibədən əvvəl olan aşağı qiymətlərə qayıtmayacağıq. Lakin Almaniya güclü və uğurlu sənaye ölkəsi olaraq qalacaq", - deyə Şolts bildirib.
Şolts Almaniya hökumətinə 16 il rəhbərlik etmiş Angela Merkeli əvəz edərək 2021-ci ili dekabrın 8-də Almaniyanın Kansleri olub.