BAKI, 8 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
Qeyd edək ki, dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V.Putinlə N.Paşinyan arasında görüş olub.