BAKI, 8 dekabr — Sputnik. Amerikalıların 50%-dən çoxu ABŞ Prezidenti Co Baydenin öz işini necə yerinə yetirməsini bəyənmir.
Bunu Assoşieyted Press (AP) agentliyinin NORC ("Nork") ictimaiyyətlə əlaqələrin öyrənilməsi üzrə araşdırma Mərkəzi ilə birlikdə cümə axşamı dərc etdiyi ictimai rəy sorğusunun nəticələri sübut edib.
Agentliyin məlumatına görə, 43% Baydenin prezident kimi fəaliyyətini bəyənsə də, 55% onun işindən razı deyil. Məlumat ABŞ Konqresinə noyabrın 8-də keçiriləcək aralıq seçkiləri ərəfəsində oktyabrda qeydə alınan məlumatlara bənzəyir. Baydenin siyasətini demokratlar tərəfdarlarının 77%-i, respublikaçıları dəstəkləyənlərin isə yalnız 10%-i bəyənib.
Ümumilikdə rəyi soruşulanların yalnız dörddə biri ölkənin düzgün istiqamətdə getdiyini deyib. Eyni zamanda, hər 10 respublikaçıdan 9-u və, təxminən, 10 demokratdan 6-sı ABŞ iqtisadiyyatının pis vəziyyətdə olduğuna inanır.
Dekabrın 1-dən 5-dək aparılan sorğuda 1124 nəfər iştirak edib. Statistik səhv 3,8% təşkil edir.