BAKI, 7 dekabr — Sputnik. Avropa hələ də öz maraqlarını qoruya bilmir, Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri bunu təsdiqləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır. Avropanın bu maraqları qoruya bilməməsi, mənim fikrimcə, həm də tibbi faktdır", - o, beynəlxalq forumda çıxışı zamanı deyib.
"Ən azı, Makronun Vaşinqtona səfərinin nəticələri və ya olmaması mənim bu fikrimi gücləndirir", - nazir əlavə edib.
Makron noyabrın 29-dan dekabrın 2-dək ABŞ-da rəsmi səfərdə olub. Səfər zamanı o, ABŞ lideri Co Bayden ilə danışıqlar aparıb, tərəflər Ukraynadakı vəziyyəti, iqtisadiyyat, enerji və kosmik əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sergey Lavrov bildirib ki, Rusiya Yaxın Şərq "dördlüyü" (Rusiya, ABŞ, BMT, Aİ) çərçivəsində işləməyə hazırdır, lakin ABŞ bundan uzaqlaşır:
"Biz hələ də Yaxın Şərqdə Qərblə işləməyə hazırıq, Fələstin-İsrail nizamlanmasında BMT Təhlükəsizlik Şurasının yeganə qanuni vasitəçi kimi təsdiqi ilə məşğul olan Rusiya-ABŞ-Aİ-BMT dördlüyünü dondurmamışıq".
Lavrov vurğulayıb ki, ABŞ bunu təkbaşına və nizamlanma prinsiplərindən əsaslı şəkildə fərqli olacaq əsasda etmək istəyir.
"Onlar BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi bu prinsipləri əvəz etməyə çalışırlar", - rusiyalı nazir əlavə edib.
Yaxın Şərq dördlüyü Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri birləşdirmək məqsədilə Aİ, Rusiya, ABŞ və BMT-nin iştirakı ilə yaradılmış qrupdur.