BAKI, 6 dekabr — Sputnik. Çikaqo ümumdünya məsələləri Şurasının sorğusuna əsasən, amerikalıların, təxminən, yarısı hesab edir ki, Vaşinqton Kiyevi mümkün qədər tez sülh danışıqlarına çağırmalıdır.
Tədqiqat noyabrın 18-dən 20-dək ölkə üzrə internetdə 18 yaşdan yuxarı 1030 amerikalı arasında aparılıb. Marjinal seçmə xətası 3,1%-dən çox deyil.
Əldə olunan nəticələrə görə, amerikalıların 47% - i "amerikalıların ev təsərrüfatı xərclərinin bu qədər "nəhəng" olmaması üçün - hətta bu, Ukrayna üçün ərazilərin bir hissəsini itirmək demək olsa da", ABŞ-ın Ukraynanı mümkün qədər tez Rusiya ilə sülh razılaşmalarına çağırması ilə razıdırlar. Bu mövqedə olan respondentlərin əksəriyyəti özlərini respublikaçılara aid edirlər (63%). Demokratların yalnız 36% - i bu iddia ilə razılaşırlar.
Bundan əlavə, respondentlərin 29%-i hesab edir ki, ABŞ Ukraynaya dəstəyini tədricən dayandırmalıdır, 48%-i isə "ABŞ Ukraynaya nə qədər vaxt lazımdırsa, dəstəkləməlidir" fikri ilə razılaşıb. Son bəyanatla respublikaçıların yalnız 33%-i və demokratların 61%-i razıdır.
ABŞ-ın Ukraynaya mart-oktyabr aylarında həddən artıq yardım göstərdiyini düşünən amerikalıların sayının noyabr ayında 5 dəfə artaraq 30% olduğu bildirilib.