BAKI, 4 dekabr - Sputnik. Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.
Səfər barədə Rusiya Xarici İşlər Nazirliyi də məlumat yayıb. Sənəddə bildirilir ki, görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.