HADİSƏ

DİN Şuşada ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sputnik
BAKI, 2 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-dən verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.