Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN Şuşada ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

© Depositphotos.com / KonejotaQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
BAKI, 2 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-dən verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər lenti
0