BAKI, 1 dekabr — Sputnik. Sabirabadın Kovlar kənd orta məktəbinin istilik probleminə aydınlıq gətirilib.
Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir.
"Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək", - deyə bildirilib.
Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.