BAKI, 1 dekabr — Sputnik. Şimali Atlantika Alyansı Ukraynanı "müharibəyə məcbur etməyə" davam edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynanın təşkilata üzv olması haqqında deyil, dövlətçiliyin qorunub saxlanılması barədə fikrini şərh edib.
"Çətin ki, bu alyans tərəfindən nəyəsə aydınlıq gətirilməsi demək deyil. Alyans hələ də Ukrayna rejimini müharibəyə məcbur etməyə, hələ də "son ukraynalıya qədər döyüşməyə" üstünlük verir", - deyə Rusiya dövlət başçısının mətbuat katibi izah edib.
Peskovun sözlərinə görə, NATO hələ də Kiyevi öz silahları ilə doldurmağa davam edir.
O, həmçinin qeyd edib ki, alyansın qərarları səbəbindən Ukraynanın özü və onun hakimiyyəti üçün vəziyyət gərginləşir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Hərbi əməliyyat keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb olub.