BAKI, 30 noyabr — Sputnik. Rusiyalı teleaparıcı və jurnalist Vladimir Pozner Mariinski teatrının səhnəsində çıxış edən azərbaycanlı opera müğənnisi Məhərrəm Hüseynova dəstək olub.
Sənətçi Qaetano Donizettinin eyni adlı operasında Don Paskuale rolunu oynayıb.
Məhərrəm öz partiyasını o qədər peşəkarlıqla ifa edib ki, Pozner tamaşanın sonunda səhnə arxasına keçib və əla ifasına görə şəxsən ona təşəkkür edib, hətta onunla şəkil də çəkdirib.
Tamaşanın premyerası bu yay keçirilib. Tamaşanı dirijor Valeri Gergiyev idarə edib.
Xatırladaq ki, bu günlərdə Hüseynov "Debüt" nominasiyası üzrə Rusiya Milli Opera Mükafatı olan "Onegin"ə layiq görülüb.
Məhərrəm Hüseynov Bakıda Leopold və Mstislav Rostropoviçlər adına Musiqi Məktəbini bitirib, çoxsaylı müsabiqələrin laureatıdır, Qalina Vişnevskaya (Rusiya) və Tom Krausun (Finlandiya) ustad dərslərində iştirak edib. 2013-cü ildən Ozimo Akademiyasında (İtaliya) təhsilini davam etdirir. Onun ilk debütü Teatro la Nuova Fenice di Osimoda, Bizenin "Karmen" (Moralesin partiyası) tamaşasında olub.
Hüseynov eyni adlı operada Don Covanni partiyasını ifa edən ən gənc solistdir. Bu gün o, Mariinski teatrının tamaşalarında məşğuldur.