BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azərtac xəbər verir ki, bu barədə nazir tviter səhifəsində paylaşım edib. Nazir Ceyhun Bayramov qeyd edib ki, görüşdə iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub: “Hər zaman bir yerdə, bir millət iki dövlət”.
Xatırladaq ki, 30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə gedib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya işgüzar səfərə gələcək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün danışıqlar aparacaq.