MƏDƏNİYYƏT

Azərbaycanlı Tallin Film Festivalının ən yaxşı aktyoru oldu – video

Tallində rejissor Fariz Əhmədovun filminin premyerası uğurla keçirilib, filmdəki baş rolun ifaçısı mükafat alıb.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanın xalq artisti Qurban İsmayılov "Mərmər soyuğu" filmindəki roluna görə "Qara gecələr" (PÖFF) Tallin Film Festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyasının qalibi olub.
Layihə çərçivəsində filmin Avropa premyerası baş tutub. Film "Azərbaycanfilm" kinostudiyasının, İctimai Televiziyanın, Bakı Media Mərkəzinin, Arizona Films (Fransa) və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə istehsalının məhsuludur.
"Mərmər soyuğu" filminin rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim üzrə rəssamı Şahin Həsənli, qrimçi Elbrus Vahidov, səs rejissoru Orxan Ağalarov, baş prodüseri Fariz Əhmədov, yaradıcı prodüseri İradə Bağırzadədir.
Filmin çəkilişləri Azərbaycanda baş tutub, səsləndirilməsi isə Parisdə işlənib. Kinolentin süjeti uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.