BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın "Strateji hücum silahlarının azaldılması haqqında Müqavilə" (SHSAM) çərçivəsində yoxlamaları bərpa etmək üçün maneələri aradan qaldırmağa hazırlıq dərəcəsini qiymətləndirmək hələ tezdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin "Nüvə silahlarının yayılmaması və silahlara nəzarət Departamenti"nin direktoru Vladimir Yermakov "RİA Novosti"yə müsahibəsində deyib.
Bir neçə gün əvvəl Rusiya ABŞ-ı Müqavilə üzrə İkitərəfli məşvərət komissiyasının noyabrın 29-dan Qahirədə keçirilməsi planlaşdırılan sessiyasını daha gec tarixə dekabrın 6-a keçirilməsi barədə məlumatlandırıb.
"Biz ABŞ-ın həm COVİD-19 ilə bağlı obyektiv, həm də Vaşinqtonun düşmənçilik hərəkətləri nəticəsində SHSAM təftiş fəaliyyətlərinin bərpasına yaradılmış maneələri aradan qaldırmağa hazır olub-olmadığını qiymətləndirməyi hələ vaxtından əvvəl hesab edirik", - deyə Yermakov bildirib.
O qeyd edib ki, Moskva "bu sahədə mövcud və heç də az olmayan bütün problemlərin spektrləri üzərində işləməyi" dayandırmayıb.
"Lakin biz ABŞ-ın hərəkətlərinin əlavə çətinliklərə səbəb olmayacağına əmin deyilik", - deyə Yermakov bildirib.