RUSİYA

Qərb Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının tükəndiyini bildirib

Təhlükəsizlik üzrə ekspert Manqott hesab edir ki, Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatları tükənir.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin hərbi və enerji infrastruktur obyektlərinə kütləvi zərbələri fonunda Kiyevin hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları tükənir. Bunu avstriyalı müdafiə üzrə ekspert Gerhard Manqott Almaniyanın "Deutschlandfunk" nəşrinə verdiyi müsahibəsində bildirib.
"Rusiya Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarını tükəndirmək üçün infrastruktura kifayət qədər qanadlı və ballistik raketlərlə zərbələr endirir. Ukrayna yalnız bir hədəfi məhv etmək üçün çoxlu raketlərdən istifadə edir. Ona görə də onun önləmə təyyarələri tükənir", - deyə Manqott qeyd edib.
Ekspertin fikrincə, Qərb belə bir təhlükə barədə əvvəlcədən düşünməli idi. İndi ukraynalı tərəfdaşlar artıq mövcud vəziyyətə reaksiya verməlidirlər.
Bu yaxınlarda bildirilib ki, Almaniya Sosial Demokrat Partiyasının (ASDP) keçmiş rəhbəri Oskar Lafonten Ukraynada hər şeyin Vaşinqtonun planına uyğun getmədiyini bildirib, bunu Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyat zamanı əldə etdikləri uğurları sübut edir. ASDP-nin keçmiş rəhbəri əmindir ki, amerikalılar Rusiyanın gücünü düzgün qiymətləndirməyiblər, bunun da nəticəsində "dişlərini qırıblar".
Xatırladaq ki, Ukrayna Hava Desant Qoşunlarının keçmiş komandanı, general-leytenant Mixail Zabrodski etiraf edib ki, Kiyev Krımın qaytarılması üçün 2023-cü ilə qədər həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlaşır.