RUSİYA

Peskov: Tokayevin Rusiyaya səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini göstərir

Prezidentin mətbuat katibi bildirib ki, Qazaxıstan Rusiyanın çox vacib müttəfiqi və tərəfdaşıdır.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yenidən prezident seçildikdən sonra ilk səfərini Rusiya Federasiyasına etməsi ikitərəfli münasibətlərin qarşılıqlı əhəmiyyətindən xəbər verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, çox vacibdir, bu, bir daha ölkələrimizin yaxınlığını, ikitərəfli münasibətlərin həm Astana, həm də Moskva üçün əhəmiyyətini, qarşılıqlı əhəmiyyətini vurğulayır", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya buna diqqət yetirməyə davam edəcək:
"Bu, bizim çox vacib müttəfiqimiz və tərəfdaşımızdır", - deyə Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, Tokayev noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə qalib gəldikdən sonra şənbə günü vəzifəsinin icrasına başlayıb.