DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ xüsusi kanallar vasitəsilə Rusiya ilə bu məsələni müzakirə edir

Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsini müzakirə etməyə davam edir.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni QrinerPol Uilanın azad edilməsi məsələsini müzakirə etməkdə davam edir. Bunu ABŞ-ın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Elizabet Rud RİA Novosti-yə müsahibəsində bildirib.
"Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsini müzakirə etməyə davam edir. Artıq dediyimiz kimi, Birləşmiş Ştatlar baxılması üçün ciddi təklif təqdim edib. Lakin hələlik ciddi cavab almayıb. Mən razılığa gəlməyimizə kömək edəcək cavabı nəzərdə tuturam", - deyə Rud qeyd edib.
KİV-in məlumatına görə, iyulun sonunda Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiya Federasiyasında casusluqda təqsirli bilinən Pol Uilan və basketbolçu Britni Qriner ilə dəyişməyi təklif edib. Qriner avqustda narkotik qaçaqmalçılığına görə doqquz il həbs cəzası alıb.
Noyabrda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Viktor Butun mübadiləsində müsbət nəticəyə ümid etdiyini deyərək, onun mübadiləsinin müzakirə olunanlar arasında olmasını təklif edildiyini bildirmişdi.
Eyni zamanda, Ryabkov vurğulayıb ki, mövzu ilə bağlı dialoq kontekstində "amerikalılar müəyyən aktivlik nümayiş etdirirlər".